Ulan-Udedə hazır yeməklə zəhərlənənlərin sayı 121-ə çatıb.
İnterpress.az xəbər verir ki, u barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti (Rospotrebnadzor) məlumat verib.
Rospotrebnadzor bildirib ki, Ulan-Udedə hazır yeməklə zəhərlənənlərin sayı 121 nəfərə yüksəlib.
Məlumata görə, 67 nəfər hələ də xəstəxanalarda müalicə olunur. Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az