AZ

Yol Polisi piyadalara xəbərdarlıq etdi

Dəfələrlə edilən xəbərdarlıqlara və aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi piyadalar hələ də yol hərəkəti qaydalarına etinasız yanaşır, müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar.

Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı hərəkət iştirakçılarına növbəti dəfə müraciət edib.

Müraciətdə bildirilib ki, yolun hərəkət hissəsinə qəfil çıxmaq, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün qiymətləndirməmək və yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çox zaman faciəvi nəticələrə səbəb olur.

“Unutmaq olmaz ki, sürücü üçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhv hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur. Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən keçidə bir neçə addımlıq məsafə olsa da, qaydanı pozaraq yolun istənilən yerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də sürücülərin həyatını risk altına salır”, – deyə BDYPİ-nin müraciətində qeyd olunub.

İdarə bir daha bütün hərəkət iştirakçılarına müraciət edərək xatırladıb ki, piyadalar yolu yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən keçməli, işıqforun siqnallarına əməl etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və yalnız avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət etməlidirlər.

DOĞRU.AZ

Seçilən
50
11
dogru.az

10Mənbələr