AZ

Fransada tornado 3 kranı aşırdı, 1 nəfər öldü -VİDEO

Fransada güclü tornado baş verib. 

Redaktor.az “The Guardian”a istinadən xəbər verir ki, şiddətli külək 3 tikinti kranını aşırıb.

Hadisə nəticəsində tikintidə çalışan 1 nəfər ölüb, daha 10 nəfər isə xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağırdır.

Ən çox zərər Parisdən 20 km şimal-şərqdə yerləşən Ermont şəhərinə dəyib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, tornado binaların damlarını uçurub.

Sosial şəbəkələrdə yayımlanan videolarda 3 kranın bir neçə saniyə ərzində aşdığı görünür.

Onlardan biri insanlara xəsarət yetirmədən klinikanın, digəri isə yaşayış binasının üzərinə aşıb. 

Seçilən
40
1
redaktor.az

2Mənbələr