AZ

Sosial media uşaqların yaddaşını zəiflədir

Yeni tədqiqat göstərib ki, sosial mediadan çox istifadə edən uşaqların yaddaş, dil və oxuma bacarıqları zəifləyir. “JAMA” jurnalında dərc olunan araşdırmada 9-13 yaş arası 6554 yeniyetmə iştirak edib.

Demokrat.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqata görə, sosial mediada daha çox vaxt keçirən uşaqlar şifahi oxu, yaddaş və lüğət testlərində daha aşağı nəticələr göstəriblər. Uşaqların çoxu hər gün təhsillə əlaqəsi olmayan məqsədlərlə ekranda təxminən 5,5 saat vaxt keçirir və bu müddətin böyük hissəsi sosial media istifadəsinə gedir.

Araşdırma ABŞ-də Adolesan Beyinin Koqnitiv İnkişafı (ABCD) layihəsi çərçivəsində aparılıb. Məlum olub ki, sosial mediadan istifadəsi yüksək olan uşaqların idrak göstəriciləri, xüsusilə dil və yaddaş sahəsində aşağı səviyyədədir.

Seçilən
55
8
demokrat.az

9Mənbələr