AZ

Payız əkin mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə payız əkin mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka, banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

Aksiya saat 14:00-da başlayacaq.

 

Seçilən
100
2
azertag.az

3Mənbələr