AZ

Tramp Netanyahunun Qəzza sülh planını pozacağından narahatdır

ABŞ prezidenti Donald Trampın administrasiyası, İsrailin baş naziri Benyamin Netanyahunun Trampın təklif etdiyi Qəzza üzrə sülh planını poza biləcəyindən narahatdır.

Sitat.info xəbər verir ki, bu barədə The New York Times yazır.

Amerikalı rəsmilər bildiriblər ki, administrasiyada Netanyahu razılaşmanı ləğv edə bilər deyə narahatlıq var. Hazırda Vaşinqtonun strategiyası Trampın xüsusi elçisi Stiven Uitkoff, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Trampın kürəkəni Cared Kuşnerin vasitəçiliyi ilə Netanyahunu HƏMAS-a qarşı genişmiqyaslı hücumdan çəkindirməkdir.

Atəşkəsin qorunması məqsədilə razılaşmada vasitəçilik edən bir neçə ərəb ölkəsinin nümayəndələri Qahirədə görüşüblər. ABŞ, eyni zamanda, Türkiyə ilə birlikdə Qəzzada girovların cəsədlərini axtarmaq üçün qrup yaratmağa çalışır.

Tramp oktyabrın 9-da HƏMAS və İsrailin girovların azad olunması və İsrail qoşunlarının geri çəkilməsi ilə bağlı ilkin mərhələ üzrə razılığa gəldiklərini açıqlayıb. Netanyahu hökuməti həmin gecə razılaşmanı təsdiqləyib və atəşkəs oktyabrın 10-da qüvvəyə minib.

Lakin oktyabrın 13-də İsrail ordusu radikal fələstinlilərin Rəfah şəhəri yaxınlığında atəşkəsi pozduğunu və iki əsgərin öldüyünü açıqlayıb. Netanyahu HƏMAS-ı ittiham edib və ordunu cavab tədbirləri görməyə çağırıb. İsrail ordusu daha sonra Qəzza boyunca onlarla hədəfə hava zərbələri endirib. HƏMAS isə Rəfaqdakı hadisə ilə əlaqəsini inkar edir.

Nigar,

Sitat.info

Seçilən
49
1
sitat.info

7Mənbələr