AZ

Siyəzəndə 35 yaşlı kişini və altı inəyini elektrik cərəyanı vurdu

Siyəzən rayon sakini və onun heyvanlarını elektrik cərəyanı vurub.

Hadisə rayonun Sədan kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədov gecə saatlarında heyvanlarını sahədən gətirərkən həmin ərazidə dirəkdən qırılmış 6 min voltluq elektrik naqilinə toxunub. Hadisə zamanı ona məxsus 6 inəyi və özünü elektrik cərəyanı vurub.

Nəticədə 6 inək tələf olub, S.Əhmədov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Seçilən
11
2
7news.az

3Mənbələr