AZ

Azərbaycanda 20 bankın istehlak kredit portfeli böyüyüb

2025-ci ilin ilk doqquz ayında Azərbaycan banklarının istehlak kredit portfelinin artım dinamikası məlum olub.

FED.az xəbər verir ki, bu dövrdə bəzi banklar istehlak kreditləşməsində sıçrayışlı artım nümayiş etdiriblər.

Hesabat dövründə istehlak kredit portfelini ən sürətlə artıran bank “Ziraat Bank Azərbaycan” ASC olub. Bankın portfeli doqquz ay ərzində 14 milyon 372 min manat artaraq 3,7 dəfə böyüyüb.

İkinci yerdə “AFB Bank” ASC qərarlaşıb ki, onun portfeli 17 milyon 835 min manat və ya 82,0% artıb. İlk üçlüyü 16 milyon 119 min manat və ya 48,4% artımla “Bank BTB” ASC tamamlayıb.

Bu dövrdə həmçinin “Bank Avrasiya” ASC (5 milyon 351 min manat  və ya 36,9%), “TuranBank” ASC (49 milyon 750 min manat artımla 31,8%), “Premium Bank” ASC (11 milyon 967 min manat və ya 29,4%) və “Yelo Bank” ASC (48 milyon 892 min manat və ya 18,5%) də yüksək artım templəri göstəriblər.

Siyahıda ikirəqəmli artım nümayiş etdirən digər banklar arasında “Yapı Kredi Bank Azərbaycan” QSC (14 milyon 691 min manat  və ya 17,9%), “AccessBank” QSC (41 milyon 165 min manat  və ya 17,2%), “Rabitəbank” ASC (48 milyon 406 min manat  və ya 16,5%), “Bank of Baku” ASC (93 milyon 954 min manat  və ya 16,2%) və sektorun liderlərindən olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (199 milyon 401 min manat  və ya 11,1%) də var.

Daha mülayim, lakin stabil artım nümayiş etdirən banklar arasında “Bank Respublika” ASC (30 milyon 247 min manat  və ya 9,7%), “Bank VTB (Azərbaycan)” ASC (7 milyon 60 min manat  və ya  7,1%) və bazarın digər lideri “Kapital Bank” ASC (192 milyon 336 min manat  və ya 6,5%) qərarlaşıb.

Siyahının davamında “Azər Türk Bank” ASC (18 milyon 801 min manat  və ya 6,4%), “Azərbaycan Sənaye Bankı” ASC (397 min manat artım və ya 5,4%), “Unibank KB” ASC (25 milyon 479 min manat və ya 4,1%) “Expressbank” ASC (5 milyon 321 min manat  və ya 2,4%) yer alıb.

Seçilən
0
3
fed.az

4Mənbələr