AZ

Yadigar Muradov hələ də reanimasiyadadır

Yadigar Muradov hələ də reanimasiyadadır

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov hələ də reanimasiyadadır.

Bu barədə Qaynarinfo-ya teatrın direktor müavini Azad Məmmədov deyib. Onun sözlərinə görə, Yadigar Muradovun təzyiqinin yüksəlməsinə səbəb qanındakı infeksiya olub: “Qanını yuyublar, artıq reaksiyaları, hərəkətləri çoxdur, yavaş-yavaş özünə gəlir. Təzyiqi də normallaşıb. Amma hələ ki, həkim nəzarətindədir və müalicə reanimasiyada davam etdirilir”.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat olunan direktorun halı oktyabrın 4-də qəfildən pisləşib. Həkimlər ona yüksək qan təzyiqi diaqnozu qoyub.

Seçilən
22
2
afn.az

3Mənbələr