AZ

İlham Əliyev: “Azərbaycan Ermənistan istiqamətində yük daşımalarına bütün məhdudiyyətləri ləğv etdi”

Azərbaycan Ermənistan istiqamətində yük daşımalarına tətbiq edilmiş, işğal dövründən qalma bütün məhdudiyyətləri aradan qaldırıb.

Bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuat üçün verdiyi açıqlamasında bildirib:

«Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycan işğal dövründən tətbiq edilmiş Ermənistan istiqamətində bütün yük tranzit məhdudiyyətlərini ləğv edib və bu tranzitin ilk yükü Qazaxıstan buğdası olub. Düşünürəm ki, bu həm də onu göstərir ki, Azərbaycanla Ermənistan arasındakı sülh artıq yalnız kağız üzərində deyil, praktikada da öz təsdiqini tapıb», – deyə dövlət başçısı vurğulayıb.

Seçilən
18
2
news365.az

3Mənbələr