Azərbaycan Milli Məclisinin 2023-cü il 26 dekabr tarixli iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.
Publika.az xəbər verir ki, gündəliyə 8 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
2. “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).