AZ

Meşədə FACİƏ: Şam qozası yığan şəxs həmkarını ayı ilə səhv salaraq GÜLLƏLƏDİ

Xantı-Mansi Muxtar Dairəsində şam qozası yığan başqa bir şam qozası toplayanı ayı ilə səhv salaraq ov tüfəngi ilə atəş açaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə region üzrə İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində faciəvi hadisə baş verib. Meşədə şam qozası toplayan şəxs digər qozayığanı ayı zənn edərək ov tüfəngi ilə vurub.

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

İlkin versiyaya görə, hadisə ehtiyatsız davranış nəticəsində baş verib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
105
interpress.az

1Mənbələr