Bakı.Trend:
Yaponiyanın Osaka şəhərində keçirilən “Ekspo 2025” dünyasərgisindəki Azərbaycan pavilyonu Alman Dizayn Mükafatının (GermanDesign Award) “Mükəmməl Memarlıq / Yarmarka və Sərgi” (ExcellentArchitecture / Fair and Exhibition) kateqoriyasında qalibseçilib.
Trend xəbər verir ki, 2012-ciildə təsis olunan və beynəlxalq şöhrət qazanmış bu mükafatinnovasiyaya təkan verən, dizayn vasitəsilə yeni perspektivlər açanlayihələrə təqdim edilir. Azərbaycan pavilyonunu ziyarət edən AlmanDizayn Mükafatının təmsilçiləri milli pavilyonumuzun konsepsiyasınıyüksək qiymətləndirib, çox sayda ziyarətçinin marağına səbəbolduğunu qeyd edib və fantastik layihə kimi dəyərləndiriblər.
Aprelin 13-dən oktyabrın 13-dək fəaliyyət göstərən “Ekspo 2025”dünya sərgisinin ümumilikdə 25 milyondan çox ziyarətçisi olub.Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycanpavilyonu bu dəfə də ən seçilən və ziyarət olunan pavilyonlarsırasında yer alıb. Milli pavilyonumuz “Ekspo 2025” zamanı 2milyondan çox ziyarətçi qəbul edib. Pavilyonun konsepsiyası dahiAzərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl”poemasından qaynaqlanmışdı. Burada Azərbaycanın zəngin mədəni irsi,texnoloji və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqaaçıqlığı nümayiş olunub.
Qeyd edək ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirakedən Azərbaycanın milli pavilyonları bu vaxtadək müxtəlifmükafatlara layiq görülüb:
“Milan Ekspo 2015” dünya sərgisindəki milli pavilyon İtaliyanınətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi Nazirliyinin“Davamlı Ekspoya doğru” (“Towards a Sustainable Expo”) proqramıçərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə mükafatlatəltif olunub.
“Antalya Ekspo 2016” beynəlxalq botanika sərgisindəki Azərbaycanpavilyonu eksteryer və interyer bağçası nominasiyasında birinciolub.
“Astana Ekspo 2017”də “Şərq dizaynı” nominasiyasında mövzunungeniş açıqlanması üzrə Azərbaycan pavilyonu gümüş mükafata layiqgörülüb.
Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası vədizaynına görə “Pekin Ekspo 2019” sərgisində “Xüsusi mükafat”a(ikinci yer) layiq görülüb.
 
                         
  
  
  
 