AZ

Ağ Ev Trampın düşmənləri ilə mübarizə aparmaq istəyir

Ağ Ev ABŞ prezidenti Donald Trampın düşmənləri hesab edilənlərlə mübarizə aparmaq üçün idarələrarası qurum yaradıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Newsweek" jurnalı məlmat yayıb.  

"Bura Ağ Ev, FTB, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Kəşfiyyat Direktoru Ofisi və Ədliyyə, Müdafiə və Daxili Təhlükəsizlik Departamentlərinin əməkdaşları daxildir", - deyə nəşr qeydib.

Agentliyin əməkdaşlarından birinin "Reuters"ə verdiyi məlumata görə, heç bir konkret şəxs qisas üçün hədəf seçilmir.

Bundan əvvəl ABŞ-də “No Kings” hökumət əleyhinə etiraz aksiyalarının təşkilatçıları təxminən 7 milyon insanın Trampa qarşı nümayiş keçirdiyini bildirmişdilər.

Seçilən
77
1
operativmm.az

2Mənbələr