AZ

"Şamaxı" klubu 4500 manat cərimələndi

"Şamaxı" klubu 4500 manat cərimələndi

"Şamaxı"nın futbolçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalanıb, klub ümumilikdə 4500 manat cərimələnib.

AFN.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bu, Misli Premyer Liqasında VIII turun "Kəpəz"lə matçında, 44-cü dəqiqədə baş verib. A. Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun diskvalifikasiya olunub. Futbolçunun bu hərəkətinə görə "Şamaxı" 3000 manat cərimə olunub.

Digər qərarlar:

17.10.2025 – Misli Premyer Liqasında VIII turun "Şamaxı" – "Kəpəz" oyununda "Şamaxı" komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün 1500 manat cərimə (maddə 83.5).

17.10.2025 – "Kəpəz" komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün 1500 manat cərimə (maddə 83.5).

17.10.2025 – "Kəpəz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə (maddə 43.1).

18.10.2025 – "İmişli" – "Qəbələ" oyununda "Qəbələ" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə (maddə 43.1).

18.10.2025 – "Sumqayıt" – "Karvan-Yevlax" oyununda "Karvan-Yevlax" komandasının meydançaya gec çıxması səbəbindən 3000 manat cərimə (maddə 77.4).

Seçilən
23
6
afn.az

9Mənbələr