AZ

Polşada təxribat planlaşdıran 8 nəfər həbs olunub - Yenilənib 

Polşada təxribat törətməkdə günahlandırılaraq həbs olunan 8 nəfərdən 3-ü Ukraynaya partlayıcı bağlamalar göndərməyi planlaşdırıb...

APA xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Yaçek Dobrzinski isə son aylar ərzində Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edən 55 nəfərin həbs olunduğunu bildirib.

***

Polşada müxtəlif yerlərdə təxribat planlaşdıran 8 nəfər həbs edilib.

APA xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk “X” hesabında məlumat verib.

O, məsələ ilə bağlı araşdırma aparıldığını bildirib və təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Polşa rəsmiləri ölkənin Rusiya tərəfindən hibrid hücuma məruz qaldığını, süni yanğın və kiberhücumlarla hədəf alındığını iddia edib.

Poliqon.info

Seçilən
23
3
poliqon.info

4Mənbələr