Keçmiş Fransa prezidenti üçün pəncərəsi açılmayan xüsusi kamera ayrılıb...
Poliqon xəbər verir ki, Fransanın sabiq prezidenti Nikola Sarkoziyə 11 kvadratmetr sahəsi olan təkadamlıq kamera ayrılıb. Bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, kameranın pəncərəsi açılmayacaq, içəridə yalnız kiçik bir televizor olacaq. Mobil telefonlardan istifadə isə qəti şəkildə qadağan ediləcək.
Mənbənin bildirdiyinə görə, bu qərar Sarkozinin təhlükəsizliyinin təmin olunması və cəzaçəkmə müəssisəsində intizamın qorunması məqsədilə qəbul edilib. Məhkəmə onun korrupsiya və nüfuzdan sui-istifadə ittihamları üzrə aldığı real həbs cəzasının icrası çərçivəsində xüsusi şəraitdə saxlanılmasını uyğun sayıb.
Poliqon.info