Sabunçu rayonu Zabrat qəsəbəsində faciəvi hadisə baş verib.
NOCOMMENT.az xəbər verir ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov yaşadığı evin həyətində avtomobili divara vurub.
Belə ki, o, qucağında 2018-ci il təvəllüdlü oğlu Usamə ilə “BMW” markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə edib. Bu zaman uşaq sürüşərək sürət pedalına sıxılıb. Qəfil sürətlənən avtomobil hasara çırpılaraq dayanıb. Nəticədə azyaşlı hadisə yerində ölüb. Atası isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.