AZ

Ermənistan İlham Əliyevə təşəkkür edir

Hurriyyet.az xəbər verir ki, Ermənistanda İlham Əliyevə təşəkkür ediblər.

Bəlli olduğu kimi, Prezident İlham Əliyev Ermənistana aparılan yüklərin nəqlinə məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib.

Ermənistan Azərbaycan Prezidentinin qərarını alqışlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bu addımın regional kommunikasiyaların açılması və etimadın möhkəmləndirilməsi üçün vacib olduğunu bəyan edib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan buğdasının ilk partiyasının yaxın vaxtlarda Aktau-Bakı-Gürcüstan-Ermənistan marşrutu ilə ölkəyə gələcəyini açıqlayıb və “Sülh bərqərar oldu” sözlərini yazıb.

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan prezidentinə minnətdarlığını bildirib, Bakının bu qərarının regionda sülh gündəliyinə və əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.

Hürr Tərcüman

 

Seçilən
16
hurriyyet.az

1Mənbələr