AZ

Bakıda sifarişə gedən “Yango” sürücüsü həyatının şokunu yaşadı

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

30 mart 2025-ci il tarixdə, saat 06:49-da Bakının mərkəzində “Yango” sürücüsünə hücum edən sərnişin həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, həmin gün 44 yaşlı E.Məmmədovun sifariş etdiyi və Elvin adlı şəxsin sürdüyü “Chevrolet Cobalt” markalı 77-YS- 831 dövlət qeydiyyat nişanlı avtomobildə sürücüyə hücum edən şəxsə 6 il həbs cəzası təyin edilib.

Belə ki, E.Məmmədov səhər saatlatrında Nəsimi bazarı adlanan yerdə mindiyi taksinin sürücüsünə maşında bıçaqla hücum edib və 170 manatını alaraq qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində bildirilib ki, hadisəni törədən şəxs əvvəllər də bir neçə dəfə soyğunçuluq və quldurluq cinayətləri törədib.

Yaşar Araz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
news24.az

2Mənbələr