Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Zamanla quru sərhədlərlə bağlı qərar veriləcək, səbrli olmalıyıq”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, hazırda bu məsələ aktual deyil:
“Quru sərhədlərinin bağlı qalması təkcə Rusiya ilə bağlı deyil, ümumi təhlükəsizliklə bağlıdır. Hələ ki, bölgəmizdə, dünyada qarşıdurmalar davam edir. Belə olduğu halda, qısa zamanda sərhədlərin açılması qeyri-mümkündür. Hesab edirəm ki, səbrli olmalıyıq, gözləməliyik. Zamanla bu məsələyə baxılacaq”.Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.