AZ

Prezident İlham Əliyev: Аzərbaycan və Qazaxıstan enerji sektorunun inkişafında böyük potensiala malikdir (TAM MƏTN)

Astana.Trend:

Аzərbaycan və Qazaxıstan enerji sektorunun inkişafında böyükpotensiala malikdir

Trend xəbər verir ki, bu sözləri Prezidentİlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranınikinci iclasında çıxışı zamanı bildirib.

Prezident İlham Əliyevin çıxışı

Hörmətli dostlar.

Əvvəlcə qonaqpərvərliyə, qardaş Qazaxıstana dövlət səfərinədəvətə görə Sizə, Kasım-Jomart Kemeleviç təşəkkürümü bildirməkistərdim.

Siz qeyd etdiyiniz kimi, biz artıq həm dünən, həm də bu günikitərəfli gündəliyin bir çox məsələsi, həmçinin regionalməsələlər, beynəlxalq siyasət mövzuları üzrə fikir mübadiləsiaparmaq imkanına malik olduq. Müzakirə edilən mövzular üzrəmövqelərin tam uyğun gəlməsi, həmçinin müttəfiqlik qarşılıqlıfəaliyyətimizin möhkəmlənməsinə istiqamətlənmək sevindiricihaldır.

Sizi və qardaş Qazaxıstanın bütün xalqını ölkəninsosial-iqtisadi inkişafında böyük uğurlar, Qazaxıstanın beynəlxalqarenada rolunun və nüfuzunun möhkəmlənməsi münasibətilə də təbriketmək istərdim. Sizin dostlarınız və qardaşlarınız olaraq bunasəmimi qəlbdən sevinirik və əminik ki, Qazaxıstan Sizinrəhbərliyiniz ilə gələcəkdə də inkişaf yolu ilə, milli maraqlaraəsaslanan müstəqil xarici siyasətin həyata keçirilməsi yolu iləirəliləyəcək.

Həmçinin Cənubi Qafqaz regionunda sülh prosesinə verdiyinizqiymətə görə Sizə təşəkkürümü bildirirəm. Torpaqlarımız uzun illərərzində işğal altında olanda, Qazaxıstan həm ikitərəfli formatda,həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalqtəşkilatlarda mövqeyi çərçivəsində Azərbaycanın suverenliyinə vəərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Biz həmişə budəstəyi hiss etmişik və buna görə Sizə çox minnətdarıq.

Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır,hətta deyərdim ki, artıq yeni mərhələ başlayıb. Sonuncu hərbitoqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişininparaflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədəryüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti DonaldTrampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərinnormallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir.

Avqustun 8-də Vaşinqtonda keçirilən sammit mahiyyətcə çoxillikmünaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regionalkontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivləraçır.

Biz, həmçinin bu gün Orta Dəhliz üzrə keçirilən qısa təqdimatçərçivəsində fikir mübadiləsi apardıq. Bu gün bu istiqamətdədiskussiyaları hələ davam etdirəcəyik. Zəngəzur dəhlizinin yaxınillərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdəötürücülük qabiliyyətini xeyli artıracaq.

Bu yaxınlarda Hökumətlərarası Komissiyanın müsbət iclası oldu.İqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddinailiyyətlər əldə olunub, əmtəə dövriyyəsi artır və bu, təbii ki,bizi çox sevindirir. Təsis etdiyimiz Birgə İnvestisiya Fondu daböyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olanbir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdənkeçirilməsi, Birgə İnvestisiya Fondu mexanizmi ilə müştərək maliyyəilə bağlı təkliflər var.

Həmçinin Qarabağ bölgəsinin bərpasına göstərilən dəstəyə görətəşəkkürümü bildirmək istərdim. Kurmanqazı adına Uşaq YaradıcılıqMərkəzi artıq aktiv fəaliyyət göstərir. Biz onu Sizinlə birlikdəaçdıq, Qarabağ bölgəsinin inkişafı və bərpası işinə belə birtöhfəyə görə çox minnətdarıq. Hazırda bu Mərkəzdə 100-ə yaxın uşaqtəhsil alır və təbii ki, o, praktiki funksiyaları ilə yanaşı, həmdə Qazaxıstan-Azərbaycan dostluğunun daha bir ocağıdır.

Humanitar əməkdaşlığa gəldikdə, keçən il və ondan əvvəlkiillərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin vəQazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini qeydedərdim. Hesab edirəm ki, bu cür tədbirlər mütəmadi, daimi xarakterdaşımalıdır. Ola bilər ki, həm paytaxtlarda, həm də bütünregionlarda müntəzəm mədəniyyət günlərinin keçirilməsi üzrə mədəniqarşılıqlı fəaliyyətin yol xəritəsi hazırlansın.

Həmçinin energetika sektorunun inkişafında, ənənəvi vəbərpaolunan mənbələr üzrə böyük potensiala malikik. Keçən ilinnoyabrında biz Xəzərin dibi ilə elektrik kabelinin tikintisi üzrəüçtərəfli müqavilə imzaladıq. Zənnimcə, bu gün həmin mövzuda dadanışacağıq.

Ümumilikdə gündəlik kifayət qədər genişdir, qarşılıqlıfəaliyyətin demək olar ki, bütün əsas sahələrini əhatə edir.

Qonaqpərvərliyə, həmçinin Azərbaycana səmimi dost münasibətə,eyni zamanda, ikitərəfli əməkdaşlığımızla bağlı bütün məsələləri özşəxsi nəzarətinizdə saxladığınıza görə Sizə bir dahaminnətdarlığımı bildirmək istərdim. Sağ olun.

Seçilən
98
8
az.trend.az

10Mənbələr