AZ

Şəhid və qazi ailələri ilə “Qəhrəman şəhidlərimiz” kitabının təqdimatını keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində 2025ci il il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyidə yer tutmuşdur.

QHT.az xəbər verir ki, bu barədə məlumatı layihənin rəhbəri “Məlahətli Ana” uşaqlara yardım ictima birliyin sədri Natiq Əhmədov bildirib. Onun sözlərinə görə, "Ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlili" layihəsi çərçivəsində "Qəhrəman şəhidlərimiz" adlı kitab şəhid və qazi ailələrdən olan 55 iştirakçıya kitabın təqdimat mərasimində paylanıldi. Tədbir Sabunçu rayonu, Emal Sənayesi üzrə Bakı  Dövlət Peşə Təhsil Mərkəzində keçirildi.

Tədbirdə şəhid ailələri, qazilər və digər qonaqlar iştirak edirdi. Tədbirdə müəllif özü kitab haqqında məlumat verdi. O, qeyd etdi ki  kitab təqvim şəklində xronoloji olaraq yazılıb. I Qarabağ və II Qarabağ (Vətən) müharibələrinin şəhidləri haqqında ətraflı məlumat veriləcək . Eləcədə Zəfər qələbəmizi gələcək nəsillərə çatdırmaq   məqsədini daşıyır.

Şəhid qardaşı canlı işıqfor Xalid, Peşə Təhsil Mərkəzinin direktoru, Gənclər İdarəsinin aparıcı mütəxəssisi Elnarə xanım çıxış etdilər. Sonda İctimai birliyin sədri Natiq Əhmədov QHT Agentliyinə maliiyə dəstəyi üçün öz təşəkkürünü bildirdi.

Seçilən
44
15
qht.az

10Mənbələr