AZ

Çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsindən medallarla qayıdıblar

Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində uğurla çıxış edən Azərbaycan çimərlik güləş yığması Vətənə qayıdıblar.

İdman.Biz xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanında ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıblar.

Yarışda Azərbaycan təmsilçiləri iki qızıl və bir bürünc medal qazanıblar. İbrahim Yusubov (90 kq) və Vüsal Əliyev (80 kq) qızıl, Sahib Dadaşov (80 kq) isə bürünc medala sahib olublar.

İdman.Biz

Seçilən
22
2
idman.biz

3Mənbələr