AZ

Rubinyan: “Ankara ilə vacib mövzu müzakirə olunacaq”

AzVision.az bildirir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi, ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan belə açıqlama verib.

“Çox yaxın vaxtlarda Gümrü-Qars dəmir yolunun bərpası və istismarı ilə bağlı hökumətlərarası iclas keçiriləcək. Görüşdən sonra ətraflı məlumat veriləcək”,- Rubinyan bildirib.

İrəvan İlham Əliyevin bəyanatını alqışlayıb
İki ölkə arasında münasibətlərin normallaşması prosesində xüsusi nümayəndələr olan Ruben Rubinyan və Serdar Kılıç arasında bu il sentyabrın 12-də İrəvanda görüş keçirilib.

Danışıqlar nəticəsində tərəflər Ermənistan və Türkiyənin müvafiq qurumlarının Gümrü-Qars dəmir yolu və elektrik xətlərinin bərpası və işə salınması üçün lazımi texniki araşdırmalar aparacaqları barədə razılığa gəliblər.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə açıqlamasında ölkəmizin Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Rəsmi İrəvan, öz növbəsində, Azərbaycan Prezidentinin bu bəyanatını alqışladığını bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
65
1
azvision.az

2Mənbələr