Bu gün Fars əyalətinin Ərdəkan şəhərində yenidən Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verib.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, saat 11:32-də meydana gələn təbiət hadisəsi 6 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.