AZ

Qəzza zolağında sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır

Ölkələr HƏMAS-la qarşıdurmadan ehtiyat edərək hərbçi göndərməkdən çəkinirlər...

Poliqon xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, bir sıra ölkələr Qəzza zolağında sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasını dəstəkləsələr də, öz hərbçilərini oraya göndərməyə tələsmirlər. Diplomatik mənbələrin bildirdiyinə görə, əsas səbəb HƏMAS silahlıları ilə qarşıdurma ehtimalıdır.

Qəzet yazır ki, sülhməramlı qüvvələrin yaradılması və onların fəaliyyət mandatı ilə bağlı danışıqlarda indiyədək yalnız “cüz’i irəliləyiş” əldə olunub. Rəsmi şəxslər bu məsələdəki qeyri-müəyyənliyin prosesin ən böyük maneəsinə çevrildiyini bildirirlər.

Diplomatların sözlərinə görə, bir çox ölkələr sülhməramlıların İsrailin tərəfini tutaraq HƏMAS-a qarşı döyüşməli olacağı ehtimalından narahatdırlar. Qeyd olunur ki, HƏMAS-ın bəzi silahlı qrupları hələ də yaxşı silahlanıb və bu, missiyanın təhlükəsizliyini sual altına qoyur.

Bundan əlavə, Qəzzada təhlükəsizliyə kimlərin cavabdeh olacağı məsələsi də hələlik aydın deyil. Ekspertlər xəbərdarlıq edirlər ki, bu vəziyyət nəticəsində gələn bir neçə həftə, hətta ay ərzində anklavın bəzi bölgələrində heç bir sabit hərbi qüvvə olmayacaq və bu da HƏMAS-ın yenidən nəzarəti ələ keçirməsinə imkan yarada bilər.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr