Fələstinin HƏMAS hərəkatı daha iki girovun meyitini oktyabrın 21-i Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
Busaat.az xəbər verir ki, bununla bağlı hərəkatın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının Teleqram kanalında müvafiq bəyanat dərc olunub.
“İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi çərçivəsində biz iki girov cəsədini təhvil vermək qərarına gəldik”, – bəyanatda deyilir.
Köçürmənin dəqiq yeri ilə bağlı təfərrüatlar verilməyib, ölən əsirlərin adları açıqlanmayıb.
Yeganə