AZ

Gümrü meriyasında yenidən AXTARIŞ APARILIR – VİDEO

Ermənistanın Gümrü şəhər meriyasında bu dəfə İstintaq Komitəsinin əməkdaşları tərəfindən axtarışlar aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, istintaq hərəkətləri kütləvi iğtişaşlarda iştirak, ədalət mühakiməsinə mane olma və vəzifəli şəxslərin qanuni fəaliyyətinə müdaxilə ilə bağlı başlanmış cinayət işi çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, axtarışlar bir gün əvvəl mer Vardan Qukasyanın saxlanması ilə bağlı istintaqın davamı kimi aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
1
interpress.az

2Mənbələr