AZ

"Qızıl medala layiq idim"

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pridə qızıl medal qazanmağa layiq olduğunu düşünür.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı idmançı bu barədə Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Milli üzvü turnirdəki çıxışını yüksək qiymətləndirib:

"Buradakı çıxışım çox yaxşı idi. Özümə inanırdım, çempion ola biləcəyimi düşünürdüm. Çünki yaxşı hazırlaşmışdım. Braziliyada təlim-məşq toplanışına qatılmışdıq. Qran-pridə çempion olmağa layiq idim. Əzmkarlıq göstərərək qızıl medal qazandım".

Qeyd edək ki, Azərbaycan cüdoçuları Meksikadakı yarışı 9 medalla başa vurublar.

Seçilən
6
3
90deqiqe.az

4Mənbələr