AZ

“Real Madrid”in futbolçusu “Barselona” ilə oyunu buraxacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

İspaniya La Liqasının “Xetafe” ilə keçirilən IX tur oyununda (1:0) zədə alan “Real Madrid”in futbolçusu David Alabanın durumuna aydınlıq gəlib.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, sağ baldır əzələsində zədə aşkarlanan futbolçunun təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Bu səbəbdən müdafiəçinin Çempionlar Liqasında İtaliya təmsilçisi “Yuventus”, həmçinin La Liqada “Barselona” ilə keçiriləcək qarşılaşmaları buraxacağı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
2
azertag.az

3Mənbələr