AZ

“Qarabağ” çox yaxşı komandadır” Ernesto Valverde

ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

“Qarabağ” çox yaxşı komandadır.

Tribunainfo.az xəbər verir ki, bunu İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

“Qarabağ” İspaniyaya 6 xalla gəlir. Bu da rəqibin yaxşı səviyyədə olmasından xəbər verir. Təbii ki, bizim də məqsədimiz onları məğlub etməkdir. Bütün oyunlara əsas kimi baxırıq. Stabil komandayıq və düşüncəmiz qarşılaşmanı qalib bitirməkdir. Bizi çətin matç gözləyir, “Qarabağ” çox yaxşı komandadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
5
tribunainfo.az

6Mənbələr