Bakı. Trend:
Zəngəzur dəhlizi Avropa İttifaqı üçün böyük əhəmiyyətəmalikdir.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri MariyanaKuyundziç Bakıda keçirilən Mərkəzi Baltik - Azərbaycan biznesforumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.
“Zəngəzur dəhlizi Aİ üçün mühüm əhəmiyyət daşıyır, lakindəhlizin inkişafına dair konkret planlardan danışmazdan əvvəl bütündetallar üzərində diqqətlə işləmək vacibdir”, - deyə o qeydedib.
Kuyundziç bildirib ki, Azərbaycan və Aİ nəqliyyat məsələləriüzrə aparılmış dialoqun nəticələrini təhlil edir və yaxın vaxtlarda– ola bilsin elə bu il – müzakirələri davam etdirməyiplanlaşdırır.
Səfir həmçinin Aİ-nin Azərbaycan və Ermənistanı sülh prosesindəirəliləyiş münasibətilə təbrik etdiyini bildirib.
“Biz məmnunuq ki, bu proses nəhayət həyata keçir, ölkələrarasında münasibətlər normallaşır və bölgədə sabitlik və sülhünbərqərar olmasını görməkdən olduqca şadıq”,- deyə diplomat əlavəedib.