Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adının olduğu bölmə Təhlükəsizlik Şurasının saytından çıxarılıb.
NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının saytında üzvlərin adları olan bölmə ləğv edilib.
Xatırladaq ki, Mehdiyev bu yaxınlarda cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.