AZ

Ermənilərdə demoqrafik fəlakət - ölüm artır, doğum sürətlə azalır...


Əhməd Rəhmanov: “Bu orda yaşayan insanların sabaha ümidsizliyi ilə bağlıdır”

Ermənistan Parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı, Ermənistan İnqilabi Federasiyasının (ARF Daşnaksütyun) ali orqanının üzvü Tadevos Avetisyan bəyan edib ki, Ermənistan dövlətinin rəsmi statistikasına əsasən, bütün əsas demoqrafik göstəricilər ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2025-ci ilin eyni dövrü ilə müqayisədə xeyli pisləşib.

Xüsusilə:

Əhalinin təkrar istehsalı əmsalı (doğulanların ölümə nisbəti) 9 faiz bəndi azalaraq 118,8%;

Təbii artım (doğum və ölüm arasında fərq) 3227, azalma 1522 və ya 32% təşkil edib.

Doğulanların sayı təxminən 1400 və ya 6,3% azalaraq 20 437 nəfər olub.

Ölənlərin sayı təxminən 140 və ya 0,8% artaraq 17 210 nəfər olub.

Nikahların sayı 1420 və ya demək olar ki, 14% azalaraq 8985 olub.

Boşanmaların sayı təxminən 140 və ya 5% artaraq 3179 olub;

1 yaşadək uşaqlar arasında ölüm göstəricisi 10 nəfər və ya 7,5% artaraq 147 nəfər;

4 yaşa qədər uşaqlar arasında ölüm nisbəti 16 və ya 10% artaraq 181 nəfər təşkil edib.

Xalis miqrasiya (çıxış və giriş arasındakı fərq) -5210 nəfər təşkil edib - Ermənistandan gedənlərin sayı daxil olanların sayını üstələyib.

Avetisyan qeyd edib ki, bu həyəcanverici demoqrafik tendensiyalar hazırkı hakimiyyətin 7 illik fəaliyyətinin nəticəsidir və daha çox həyata keçirilən antisosial siyasətlə bağlıdır.

“Bu siyasət nəticəsində əhalinin ən həssas sosial qruplarını - pensiyaçılar, sosial yardım alanlar, işləyən yoxsullar, yoxsullar və son dərəcə yoxsul təbəqələri təşkil edən təxminən 40%-nin həyat keyfiyyəti pisləşib. Bu da öz növbəsində nikahların kəskin azalmasına, boşanmaların, ölüm hallarının artmasına, o cümlədən ölüm hallarının artmasına səbəb olub. doğum nisbətinin azalması və miqrasiyanın artması” deyə o, vurğulayıb.

Uzun illərdir ki, həm Ermənistandakı ekspertlər, həm də xarici mütəxəssislər erməni cəmiyyətinin ciddi demoqrafik böhran astanasında olduqlarını bildirirdilər. Yəni bu ölkədə son illər əhali artımı demək olar ki, çox zəif irəliləyir. Bundan əlavə Ermənistanı tərk edib başqa ölkələrə gedənlərin də sayı kifayət qədərdir ki, bu sözügedən ölkənin demoqrafik mənzərəsinə mənfi təsir göstərir.

Ekspertlərin sözlərinə görə, burda əsas amillərdən biri bu ölkənin 30 il müddətində təcavüzkar müharibə aparması ilə bağlıdır ki, müharibədə ölənlər ölüb, sağ qalanlar isə kütləvi şəkildə ölkəni tərk ediblər. Ekspertlər hesab edirlər ki, bu ölkənin ağır sosial-iqtiadi vəziyyəti də demoqrafik artımın qarşısını alan faktorlardan biri kimi önə çıxır. Əhalinin sosial durumunun ağır olmasından Ermənistandakı müxalifətin hökumətə qarşı istifadə etdiyini deyən ekpertlər bildirir ki, bu ölkədə onsuz da demokrafik vəziyyət heç vaxt normal olmayıb. Sürətlə kəndlərin və şəhərlərin boşaldığını deyən ekspertlərə görə, insanlar bir parça çörək dalınca Ermənistanı tərk edərək başqa ölkələrə gedirlər. Bu gün Ermənistanın demoqrafik fəlakət astanasında olduğunu deyən ekspertlər hesab edir ki, bu ölkədə ölüm sayının doğum sayını üstələdiyi də faktdır. Bu da erməni cəmiyyətinin özünün daxili səbəbləri ilə bağlıdır.

Ekspertlərə görə, Ermənistan Cənubi Qafqazda demokrafik baxımdan problem yaşayan ölkədir.

“...Bu ölkədə demoqrafik vəziyyətə təsir edir”

Sosioloq Əhməd Rəhmanov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda, yaxud başqa ölkədə demoqrafik vəziyyətin pisləşməsi ancaq bir səbəblə bağlı ola bilər: “Bu orda yaşayan insanların sabaha ümidsizliyi ilə bağlıdır. Əgər ölkədə korrupsiya varsa, qanunlar yalnız sənəd üzərində qalıbsa, yəni işlək deyilsə, orda demokrafik vəziyyər qeyri-ixtiyari olaraq ağırlaşır. Bütün problemlər bu amillərlə bağlıdır. Vətəndaşın sabaha ümidi yoxdursa, bu ölkədə demoqrafik vəziyyətə təsir edir”.

Ekspert bildirdi ki, Ermənistanda əhalinin sabaha, gələcəyə ümidi olmadığı üçün doğum sayı kəskin aşağı düşüb və bu da demoqrafik göstəricilərin pisləşməsinə səbəb olub.

Ekspertin fikrindən aydın oldu ki, uzun illər təcavüzkar müharibələr edən, terrora qucaq açan, sosial-iqtisadi durumu ağır vəziyyətdə olan Ermənistanda demoqrafik vəziyyətin bu cür şəkil alması gözlənilməz deyildi.

İradə SARIYEVA

Seçilən
87
baki-xeber.com

1Mənbələr