ain.az, Unikal.az portalına istinadən məlumat verir.
“Miss Universe Şri-Lanka” qalibi Lixaşe Lindsi-Uaytın Banqkok taksisində unudulmuş tacı ona qaytarılıb.
"Unikal" xəbər verir ki, taksi sürücüsü itirilmiş əşyaları oktyabrın 20-də Banqkok Cənub Turizm Polis İdarəsində qaytarıb.
Qeyd edək ki, 27 yaşlı Lixaşa noyabrın 21-də Tailandda keçiriləcək "Kainat gözəli" müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb. O, Şri-Lankada qazandığı tacını taksidə unutmuşdu.
27 yaşlı Lixaşa sahibkar, Beynəlxalq Kolombo Məktəbinin məzunu, ailə biznesinin rəhbəri və xeyriyyə fondunun meneceridir. O, hazırda Şri-Lankanı dünya səhnəsində təmsil edən "Impact Challenger" məkanında keçirilən “Miss Universe” müsabiqəsində iştirak etmək üçün Tailanddadır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.