AZ

Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təmas xəttində atəşkəsi təmin etməklə Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır. Lakin Moskva dialoq istəmir”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

Prezident qeyd edib ki, Ukrayna və onun tərəfdaşlarının diplomatiya ilə bağlı mövqeləri üst-üstə düşür. Xüsusilə, Ukrayna bir daha müharibəni dayandırmağa hazır olduğunu bildirib.

Sülhün əldə olunması məsələsi Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşündə qaldırılıb.

“Cəbhə xətti diplomatiyanın başlanğıcı ola bilər. Rusiya yenə də diplomatiyadan çəkinmək üçün əlindən gələni edir”, – Zelenski qeyd edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
9
azpost.info

10Mənbələr