AZ

Medvedyev və Monqayt da “ekstremistlər” siyahısına düşdü

ain.az, Axar.az saytına istinadən bildirir.

“Rosfinmonitorinq” “terrorçular və ekstremistlər” reyestrini yeniləyib.

Axar.az “Meduza”ya istinadla xəbər verir ki, bloger İlya Varlamov, politoloq Sergey Medvedyev və “Dojd” televiziyasının aparıcısı Anna Monqayt də daxil olmaqla, siyahıya altmış doqquz nəfər əlavə edilib.

Qeyd edək ki, “Rosfinmonitorinq” reyestrinə daxil olan şəxslər bank əməliyyatları apara bilməzlər, onların Rusiyadakı hesabları dondurulur.

Yuxarıda adları keçən hər 3 şəxs ordu haqda “saxta xəbərlər”ə görə qiyabi olaraq həbs cəzaları alıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
1
axar.az

2Mənbələr