AZ

Lamin Yamal Çempionlar Liqasının tarixinə düşdü

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Barselona" klubunun qanad oyunçusu Lamin Yamal UEFA Çempionlar Liqasında (ÇL) 25 oyuna çıxan ən gənc oyunçu ünvanını əldə edib.

Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, bu, Yamalın ÇL-nin ümumi mərhələsinin üçüncü turunda "Barselona" - "Olimpiakos" oyununa start heyətdə çıxması ilə mümkün olub.

İspan futbolçu bu nailiyyətə 18 yaş və 100 günündə imza atıb.

Qeyd edilir ki, Yamal PSJ-nin yarımmüdafiəçisi Zair-Emrinin (19 yaş və 32 gün) rekordunu təzələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
6
oxu.az

10Mənbələr