AZ

Dövlət Sərhəd Xidməti tenderi ləğv etdi – səbəb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Mərkəzində texniki xidmətin göstərilməsi, əsaslı təmir işlərinin aparılması, tələb olunan avadanlıqların alınması və quraşdırılması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 70 min 995,44 manat təşkil edirdi.

Rəsmi açıqlamaya əsasən, tenderin ləğv edilməsinə səbəb satınalmada iştirak edən təchizatçıların sayının üçdən az olmasıdır. Qanunvericiliyin 36.1.1-ci maddəsinə uyğun olaraq, bu halda satınalma proseduru ləğv edilir.

Seçilən
61
nocomment.az

1Mənbələr