AZ

Vens: Qəzzadan İsrail girovlarının cəsədlərinin qaytarılması vaxt aparacaq

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qəzza zolağında qalan 15 girovun qalıqlarının qaytarılmasının mürəkkəb iş olduğunu və bir gecədə baş verməyəcəyini deyib.

"Report"un "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, o, bu barədə atəşkəs rejiminə nəzarət mərkəzində keçirilən mətbuat konfransında bildirib.

"Bu, mürəkkəbdir və bir gecədə baş verməyəcək. Onların bəziləri minlərlə funt dağıntılar altında basdırılıb. Bəzilərinin yeri hətta məlum deyil", - o əlavə edib.

Seçilən
11
5
demokrat.az

6Mənbələr