AZ

Kanslerin əcnəbilərlə bağlı açıqlaması Almaniyanı QARIŞDIRDI

Almaniya Kansleri Fridrix Mertsin əcnəbilərin şəhər mənzərəsini pozmasına dair açıqlaması və sonradan bu ifadəsini müdafiə etməsi ölkənin ictimai-siyasi mühitində geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Xristian Demokratlar Partiyasının (CDU) lideri Fridrix Merts çıxışlarının birində əcnəbilər barədə “Təbii ki, şəhər mənzərəsində bu problem hələ də davam edir. Bununla əlaqədar daxili işlər naziri də əhatəli bir şəkildə gerigöndərmələri həyata keçirmək üçün çalışır”, - ifadəsini işlədib. Kansler bu sözlərinə qarşı etirazlarla əlaqədar ötəngünkü açıqlamasında mövqeyini müdafiə edib.

Koalisiya hökumətinin tərəfdaşı Sosial Demokrat Partiyasının (SPD) baş katibi Tim Klüssendorf bu sözləri “təhqiramiz və bölücü” adlandıraraq, hər problemi miqrasiyaya bağlamağın cəmiyyətdə etimadı sarsıtdığını bildirib. O, Kansler Mertsin ifadələrinin Almaniyaya miqrasiya etmiş və ya fərqli görünən insanlarda mənfi hisslər yaratdığını deyib.

Fridrix Mertsin sözləri ilə bağlı tənqidlər onun sədri olduğu CDU daxilində də səslənib. Partiyanın sosial qanadının rəhbəri Dennis Radtke deportasiyaların şəhərlərdəki sosial problemləri həll etməyəcəyini vurğulayıb, partiyanın Baden-Vürttemberq əyalət təşkilatının sədri Manuel Haqel isə debatlarda daha sakit və fərqli tonun vacibliyini qeyd edib.

Seçilən
42
2
publika.az

3Mənbələr