AZ

Ələt qəsəbəsində avtomobil iki piyadanı vuraraq öldürüb

Ələt qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, Ələt qəsəbəsində "Mercedes" markalı minik avtomobili yolu keçən iki piyadanı vuraraq öldürüb.

Onlardan biri Salyan sakini, 45 yaşlı Anar Hüseynqulu oğlu Bayramovdur. Digərinin isə kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
3
olke.az

4Mənbələr