AZ

Təranə Qumral: “Musanı şan-şöhrətli basdıracam” - VİDEO

Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevlə bağlı maraqlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Təranə “Gün ortası” verilişində mübahisəli fikirlər səsləndirib.

O bildirib ki, həyat yoldaşı ondan əvvəl vəfat etsə, yas mərasimini şan-şöhrətli edəcək:

“Musa deyir: “birinci mən ölüm”. Deyirəm, öl. Niyə? Çünki mən onu şanlı-şöhrətli dəfn edəcəyəm. İndi yas yerlərinə gedəndə camaat “mız qoyur”. Deyirlər, getdik, gördün nə gündəydilər? O məndən qabaq rəhmətə getsə, onu şanlı-şöhrətli basdırmalıyam. Dillərə dastan olmalıdır. Mən ondan əvvəl ölsəm, Musanı dediyim kimi basdıran olmayacaq”.


Sara, Bizim.Media

Seçilən
24
1
bizim.media

2Mənbələr