AZ

Britaniya İsrailə qoşun göndərdi

Yüksək rütbəli zabitin rəhbərliyi ilə bir qrup britaniyalı hərbçi İsrailə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, əməliyyatların planlaşdırılması sahəsində təcrübəyə malik az sayda britaniyalı hərbçi artıq İsrailə çatıb. Britaniyalı hərbçilər Qəzza zolağında kövrək atəşkəsə nəzarət etmək üçün beynəlxalq səylərə kömək edəcəklər.

Hili qeyd edib ki, ABŞ-ın xahişi ilə britaniyalı hərbçilərə general-mayor rütbəli zabit rəhbərlik edir. O, Qəzzadakı Mülki-Hərbi Koordinasiya Mərkəzindən məsul amerikalı komandirin müavini vəzifəsində çalışacaq.

Hili vurğulayıb ki, London regionda sülhün bərqərar olunmasında mühüm rol oynamaq niyyətindədir.

Seçilən
52
3
publika.az

6Mənbələr