AZ

PSJ və “Arsenal”dan böyükhesablı qələbə UEFA Çempionlar Liqası

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

UEFA Çempionlar Liqasında əsas mərhələnin növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, üçüncü turun ilk oyun günündə 9 görüş təşkil olunub.

Tura oktyabrın 21-i saat 20:45-də “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan), “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr) oyunları ilə start verilib. Mərkəzi Asiya təmsilçisi kipirlillərlə qolsuz sülhə razılaşsa da prineylillərlə balkanlılların görüşü daha məhsuldar olub. “Estadi Olimpic Lluis Companys” stadionunu “Olimpiakos”a dar edən “Barselona” 6:1 hesabı ilə qələbə qazanıb. Digər matçlarda da böyükhesablı nəticələr qeydə alınıb:

UEFA Çempionlar Liqası III tur

20:45. “Barselona” (İspaniya) 6 -1 “Olimpiakos” (Yunanıstan)

20:45. “Kayrat” (Qazaxıstan) 0-0 “Pafos” (Kipr)

23:00. “Bayer” (Almaniya) 2-7 PSJ (Fransa)

23:00. “Arsenal” (İngiltərə) 4-0 “Atletiko” (İspaniya)

23:00. “Kopenhagen” (Danimarka) 2-4 “Borussiya” (Dortmund, Almaniya)

23:00. “Nyukasl” (İngiltərə) 3-0 “Benfika” (Portuqaliya)

23:00. “Vilyarreal” (İspaniya) 0-2 “Mançester Siti” (İngiltərə)

23:00. PSV (Niderland) 6-2 “Napoli” (İtaliya)

23:00. “Yunion” (Belçika) 0-4 “İnter” (İtaliya).

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
8
qafqazinfo.az

10Mənbələr