AZ

“Bolonya”nın baş məşqçisi xəstəxanaya YERLƏŞDİRİLDİ

“Bolonya” klubunun baş məşqçisi Vinçenso İtalyano pnevmoniyaya (ağciyər iltihabı) görə xəstəxanaya yerləşdirilib.

Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki , bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 

Məlumata görə, 47 yaşlı italiyalı mütəxəssis hazırda Bolonyadakı “Sant’Orsola-Malpighi” ümumi profilli xəstəxanasında müalicə olunur. Onun vəziyyəti tədricən yaxşılaşır, lakin İtalyano yaxın iki oyunda komandasının başında olmayacaq.


O, 23 oktyabrda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Rumıniya təmsilçisi FCSB-yə qarşı görüşü, həmçinin 26 oktyabrda keçiriləcək A Seriyasının “Fiorentina” ilə matçını buraxacaq.

Seçilən
27
2
paralel.az

3Mənbələr