AZ

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 145 milyon manatadək vəsait ödənilib FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cari ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 38 hərrac keçirilib.Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsi özəlləşdirilib.Qeyd olunan dövrdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manat təşkil edib.

 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 510-u qeyri-yaşayış, 3176-sı torpaq sahələri üzrə olmaqla 3686 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 144,7 milyon manat vəsait daxil olub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
12
bizim.media

10Mənbələr