Oktyabrın 21-də Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Bryansk kimya zavodunu raketlərlə vurub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna qüvvələri Rusiya ərazisində strateji hərbi-sənaye obyektlərinə zərbələr endirməkdə davam edir və bununla da Rusiya ordusunun hücum potensialını zəiflədir.
“Oktyabrın 21-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Bryansk kimya zavoduna zərbələr endirib”, - deyə məlumatda bildirilir.