AZ

KXDR-in raketləri 350 km məsafə qət edib

BAKI, 22 oktyabr. TELEQRAF

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Komitəsinin məlumatına görə, KXDR-in buraxdığı qısamənzilli ballistik raketlər təxminən 350 kilometr məsafə qət edib.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi xəbər verib.

Məlumata əsasən, raketlər Yapon dənizi istiqamətində buraxılsa da, quruda yerə düşüb. Cənubi Koreya tərəfi istisna etmir ki, Pxenyan 2024-cü ilin sentyabrında sınaqdan keçirilmiş “Hvasong-11DA-4,5” tipli yeni taktiki raketi test edib.

Cənubi Koreya Prezidenti Li Çje Myon administrasiyası hadisə ilə əlaqədar təhlükəsizlik üzrə fövqəladə iclas çağırıb.

Bu buraxılış Li Çje Myonun prezidentliyi dövründə ilk, 2025-ci ildə isə beşinci raket sınağı olub.

Seçilən
71
teleqraf.com

1Mənbələr